Bakı sakinləri ən çox hansı yeməkləri sevir ? - SORĞU

loading...
"ACT Azərbaycan" bu dəfə paytaxt sakinlərinin ən çox sevdiyi yeməklərin siyahısını hazırlayıb.

Bununla bağlı 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə sorğu həyata keçirilib.

Sorğunun nəticələrini təqdim edirik:

Bakı sakinlərinin milli mətbəxdə sevimlisi dolmadır (84 %). Bir az fərqlə plov ikincidir (77 %). Paytaxt sakinlərinin təqribən dörddə biri (27 %) kabab, beşdə biri isə (22 %) bozbaş həvəskarıdır. Sulu yeməklərdən dovğa sevimli milli xörəklər siyahısında beşincidir (15 %). Sıralamanı xəmir xörəkləri düşbərə (14 %), xəngəl (13 %) və qutab (11 %) davam etdirir. Bakı sakinlərinin sevimli xörəkləri arasında Şəki pitisi (8 %) və Lənkəran ləvəngisi (7 %) də yer alır.

Qeyd edək ki, sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Загрузка...
Загрузка...
SON XƏBƏRLƏR
loading...

    End of content

    No more pages to load

    Загрузка...